Azərbaycan daha 2 ölkədən kahı tədarük etməyə başlayıb
- 11 mart, 2024
- 13:06
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycana 640 min ABŞ dolları dəyərində 914 ton kahı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 18% çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 637,55 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 910,8 ton (+20 %), Türkiyədən 2 min ABŞ dolları dəyərində (-52 %) 3,3 ton (-43 %), İtaliyadan 0,3 min ABŞ dolları dəyərində 0,04 ton (bir il əvvəl tədarük olmayıb), Niderlanddan 0,1 min ABŞ dolları dəyərində (-98 %) 0,02 ton (-99,9 %), Çindən 0,07 min ABŞ dolları dəyərində 0,02 ton kahı alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Estoniyadan (0,03 min ABŞ dolları dəyərində 0,02 ton) və Çindən tədarük həyata keçirilib.