Azərbaycan daha 2 ölkədən alabalıq tədarük etməyə başlayıb

Biznes
  • 30 oktyabr, 2023
  • 12:43
Azərbaycan daha 2 ölkədən alabalıq tədarük etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 3,83 milyon ABŞ dolları dəyərində 844 ton alabalıq (diri, təzə və ya soyudulmuş, dondurulmuş, hisə verilmiş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 61 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 3,71 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,6 dəfə çoxdur) 835 ton (+78 %), Belarusdan 77 min ABŞ dolları dəyərində (+71 %) 4,2 ton (+49 %), Türkiyədən 22,1 min ABŞ dolları dəyərində (-89 %) 4 ton (-92,3 %), Ukraynadan 15,19 min ABŞ dolları dəyərində (+88 %) 0,66 ton (+2,4 dəfə), Norveçdən 4,43 min ABŞ dolları dəyərində 0,38 ton (1 il 9 aydan sonra bərpa edilib) alabalıq alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İndoneziyadan (0,27 min ABŞ dolları dəyərində 0,01 ton) və İtaliyadan (0,27 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.