Azərbaycan COMCEC-in 39-cu iclasında təmsil olunub

Azərbaycan COMCEC-in 39-cu iclasında təmsil olunub İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 39-cu iclasında təşkilata üzv ölkələrlə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Biznes
5 Dekabr , 2023 13:33
Azərbaycan COMCEC-in 39-cu iclasında təmsil olunub

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Türkiyənin İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 39-cu iclasında iştirak edib.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, iclasda təşkilata üzv dövlətlər arasında əməkdaşlığın elektron ticarət, eləcə də, maliyyə, nəqliyyat, rəqəmsallaşma, özəl sektor, kənd təsərrüfatı, turizm və digər sahələrdə təkmilləşdirilməsi mövzularında müzakirələr aparılıb. S.Məmmədov çıxış edərək ölkəmizin İƏT ölkələri ilə tərəfdaşlığın inkişafına önəm verdiyini vurğulayıb. O, ölkə iqtisadiyyatının şaxələndirilməsi, rəqəmsal ticarət sahəsində görülən işlər barədə məlumat verib, dayanıqlı və rəqabətədavamlı turizm sektorunun inkişafı, kənd təsərrüfatında məhsuldarlığının artırılması və davamlı ərzaq təhlükəsizliyinin təmin edilməsi, yoxsulluğun azaldılması istiqamətlərində İƏT üzvü olan ölkələrlə əməkdaşlıqdan danışıb.

1981-ci ildə Məkkədə keçirilmiş İƏT-in 3-cü Sammitində yaradılmış COMCEC çoxtərəfli iqtisadi və ticarət əməkdaşlığı üzrə əsas platformadır. İƏT-in 4 daimi komitəsindən biri olan COMCEC-in tərkibində 6 sahəvi (ticarət, maliyyə, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı, turizm və yoxsulluğun azaldılması) işçi qrupu fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi