Azərbaycan Çindən zeytun idxalını bərpa edib
- 04 may, 2024
- 08:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 729 min ABŞ dolları dəyərində 314 ton hazır və ya konservləşdirilmiş zeytun idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,8 dəfə, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan İspaniyadan 365 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,6 dəfə çoxdur) 181 ton (+4 dəfə), Türkiyədən 307 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 100 ton (+2,4 dəfə), Macarıstandan 33,41 min ABŞ dolları dəyərində 12,96 ton (bir il əvvəl tədarük olmayıb), Yunanıstandan 23,17 min ABŞ dolları dəyərində (-41 %) 19,92 ton (+82 %), Almaniyadan 0,92 min ABŞ dolları dəyərində (+8,4 dəfə) 0,24 ton (+8 dəfə) məhsul alıb.
Azərbaycan 3 il 6 aylıq fasilənin ardından Çindən (0,03 min ABŞ dolları dəyərində 0,02 ton) tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycana 9 ölkədən idxal edilmiş 1 min 915 ton zeytunun 46,8 %-i Türkiyənin, 46,5 %-i İspaniyanın payına düşüb.