Azərbaycan Çindən yük avtomobillərinin alışını 25 dəfə artırıb

Biznes
  • 09 aprel, 2024
  • 11:44
Azərbaycan Çindən yük avtomobillərinin alışını 25 dəfə artırıb

2024-cü ilin yanvar ayında Azərbaycan 8,9 milyon ABŞ dolları dəyərində 495 ədəd yük avtomobili idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 58 %, kəmiyyət olaraq – 32 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 3,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 36 dəfə çoxdur) 76 ədəd (+25 dəfə), Almaniyadan 3,7 milyon ABŞ dolları dəyərində (+61 %) 389 ədəd (+42,5 %), Yaponiyadan 1,3 milyon ABŞ dolları dəyərində (+21 dəfə) 23 ədəd (+12 dəfə), Rusiyadan 118,4 min ABŞ dolları dəyərində (-79 %) 1 ədəd (-96,7 %), İtaliyadan 24,5 milyon ABŞ dolları dəyərində (-98,4 %) 5 ədəd (-74 %) yük avtomobili alıb.

2023-cü ildə Azərbaycana 22 ölkədən idxal edilmiş 7 min 287 ədəd 75 %-i Almaniyanın, 11,4 %-i Çinin payına düşüb.