Azərbaycan Çindən şüşə tara alışını 38 dəfə artırıb

Biznes
  • 20 aprel, 2023
  • 13:43
Azərbaycan Çindən şüşə tara alışını 38 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 4,383 milyon ABŞ dolları dəyərində 24,161 milyon ədəd şüşə tara (malın saxlanılması, daşınması və qablaşdırılması üçün) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 39,7 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % çoxdur) 16,6 milyon ədəd (+29,4 %), Türkiyədən 672 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 2,675 milyon ədəd (+2,6 dəfə), Gürcüstandan 231 min ABŞ dolları dəyərində (+20 %) 1,278 milyon ədəd (-8,7 %), Çindən 139,5 min ABŞ dolları dəyərində (+21,4 dəfə) 1,626 milyon ədəd (+38 dəfə), Qırğızıstandan 92,13 min ABŞ dolları dəyərində 92,93 min ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (34 ölkədən) idxal edilən 180,153 milyon ədəd şüşə taranın 83,3 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə