Azərbaycan Çindən rels tədarükünü 92 dəfə artırıb
- 02 noyabr, 2023
- 12:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 16,5 milyon ABŞ dolları dəyərində 14 min 163 ton rels (qara metallardan hazırlanmış) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 36 %, kəmiyyət olaraq – 42 % azdır.
Hesabat dövründə Azərbaycan Qazaxıstandan 12,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,8 dəfə çoxdur) 10 min 35 ton (+2,5 dəfə), Çindən 3,7 milyon ABŞ dolları dəyərində (+43 dəfə) 3 min 769 ton (+92 dəfə) və Rusiyadan 400,8 min ABŞ dolları dəyərində (-98,1 %) 357,4 ton (-98,2 %) rels alıb.
2022-ci ildə Azərbaycana (6 ölkədən) idxal edilmiş 30,3 min ton relsin 67,1 %-i Rusiyanın, 26,8 %-i Qazaxıstanın, 6 %-i Çinin payına düşüb.