Azərbaycan Çindən paltaryuyan maşın alışını kəskin artırıb

Biznes
  • 29 iyun, 2023
  • 11:36
Azərbaycan Çindən paltaryuyan maşın alışını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 14 milyon ABŞ dolları dəyərində 62 min 569 ədəd paltaryuyan maşın (tutumu 10 kq quru paltardan çox olmayan) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 15 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 4,933 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,8 dəfə çoxdur) 22 min 300 ədəd (+4,2 dəfə), Türkiyədən 3,81 milyon ABŞ dolları dəyərində (+3,3 dəfə) 18 min 748 ədəd (+3,5 dəfə), Polşadan 2,411 milyon ABŞ dolları dəyərində (+3,9 dəfə) 6 min 674 ədəd (+3,5 dəfə), Rusiyadan 1,535 milyon ABŞ dolları dəyərində (-84 %) 6 min 491 ədəd (-81 %), Almaniyadan 466 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 767 ədəd (+2,5 dəfə) avadanlıq gətirib.

2022-ci ildə Azərbaycana (27 ölkədən) idxal edilən 165,583 min ədəd paltaryuyan maşının 49,7 %-i Rusiyanın, 17,9 %-i Çinin payına düşüb.