Azərbaycan Çindən maye sayğaclarının idxalını kəskin artırıb
- 18 iyul, 2024
- 10:14
Bu ilin yanvar-may aylarında Azərbaycana 429 min ABŞ dolları dəyərində 15 min 594 ədəd maye sayğacı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 68 %, kəmiyyət olaraq – 13 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycana Çindən 266 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 135 dəfə çoxdur) 5 min 235 ədəd (+83 dəfə), Gürcüstandan 109,4 min ABŞ dolları dəyərində (+6 dəfə) 10 min ədəd (+10 dəfə), Amerika Birləşmiş Ştatlarından 40,67 min ABŞ dolları dəyərində (+0,3 %) 2 ədəd (+2 dəfə), Türkiyədən 9,11 min ABŞ dolları dəyərində (-50 %) 342 ədəd (+5 dəfə), Almaniyadan 2,52 min ABŞ dolları dəyərində 3 ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.
2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 7 min 134 ədəd maye sayğaclarının 71,6 %-i Çinin payına düşüb.