Azərbaycan Çindən kivi alışını 14 dəfə artırıb
- 26 avqust, 2025
- 16:08
Bu ilin I yarısında Azərbaycan 1,7 milyon ABŞ dolları dəyərində 2 397 ton kivi idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 13 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 1,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % azdır) 2 298 ton (-15 %), Çindən 70,9 min ABŞ dolları dəyərində (+4,7 dəfə) 70,1 ton (+14 dəfə), Çilidən 38,3 min ABŞ dolları dəyərində (+12 %) 27,3 ton (+13 %), İtaliyadan 15,4 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 1,9 ton (+2,7 dəfə), Yeni Zelandiyadan 0,3 min ABŞ dolları dəyərində (-88 %) 0,04 ton (-88 %) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 3,8 min ton kivinin 98,2 %-i İranın payına düşüb.