Azərbaycan Çindən kerosin idxalını 218 dəfə artırıb

Biznes
  • 04 may, 2024
  • 12:45
Azərbaycan Çindən kerosin idxalını 218 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 591,44 min ABŞ dolları dəyərində 835 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağından başqa) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 85 %, kəmiyyət olaraq – 63 % azdır.

Hesabat dövründə Azərbaycan Türkmənistandan 515 min ABŞ dolları dəyərində 816 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 25,23 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 98 % azdır) 11,53 ton (-98 %), Koreyadan 12,49 milyon ABŞ dolları dəyərində 1,2 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 11,47 min ABŞ dolları dəyərində (+127 dəfə) 2,18 ton (+218 dəfə), Omandan 9 min ABŞ dolları dəyərində 1,63 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2023-cü ildə Azərbaycana 21 ölkədən idxal edilmiş 28 min 397 ton kerosinin 62,6 %-i Türkmənistanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti