Azərbaycan Çindən hind qozu tədarükünü bərpa edib

Biznes
  • 30 avqust, 2022
  • 13:27
Azərbaycan Çindən hind qozu tədarükünü bərpa edib

Bu ilin I yarısında Azərbaycana xaricdən 530 min ABŞ dolları dəyərində 195,5 ton hind qozu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 36,3 %, kəmiyyət olaraq – 46 % azdır.

Hesabat dövründə İndoneziyadan 379 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 41,8 % azalıb) 127,5 ton (-49,7 %), Vyetnamdan 78 min ABŞ dolları dəyərində (-35 %) 35,4 ton (-57,3 %), Kot-divuardan 40 min ABŞ dolları dəyərində (-15 %) 19,85 ton (-16,7 %), Çindən 19 min ABŞ dolları dəyərində 9,5 ton, Tailanddan 10 min ABŞ dolları dəyərində (+95 %) 2 ton (+65 %) məhsul alınıb.

İki il 2 aylıq fasilənin ardından Çindən tədarük bərpa edilib.

Ötən il Azərbaycanın idxal etdiyi 540 ton hind qozunun 68 %-i İndoneziyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti