Azərbaycan Çindən əncir tədarükünü bərpa edib

Biznes
  • 18 may, 2024
  • 11:49
Azərbaycan Çindən əncir tədarükünü bərpa edib

Bu ilin yanvar-mart aylarında Azərbaycana 117 min ABŞ dolları dəyərində 21,22 ton əncir (təzə və ya qurudulmuş) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 50 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 89,37 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 92,3 % çoxdur) 17,74 ton (+40,2 %), İrandan 25,93 min ABŞ dolları dəyərində 3,39 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 0,58 min ABŞ dolları dəyərində (+4 dəfə) 0,05 ton (+5 dəfə), Lüksemburqdan 0,45 min ABŞ dolları dəyərində (-43 %) 0,02 ton (-50 %), Braziliyadan 0,20 min ABŞ dolları dəyərində (-82 %) 0,02 ton (-50 %) əncir alıb.

Azərbaycan 7 il 2 aylıq fasilənin ardından Çindən (0,04 min ABŞ dolları dəyərində 0,01 ton) əncir tədarükünü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti