Azərbaycan Çindən elektromobil idxalını kəskin artırıb
- 31 may, 2024
- 11:12
Bu ilin yanvar-mart aylarında Azərbaycan 35,3 milyon ABŞ dolları dəyərində 830 ədəd elektromobil idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 28,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 705 ədəd (+2,3 dəfə), Almaniyadan 4,2 milyon ABŞ dolları dəyərində (+3 %) 51 ədəd (+13 %), Amerika Birləşmiş Ştatlarından 1,78 milyon ABŞ dolları dəyərində (+84 %) 57 ədəd (+2,2 dəfə), Böyük Britaniyadan 842 min ABŞ dolları dəyərində 3 ədəd (bir il əvvəl tədarük olmayıb), Belçikadan 78,2 min ABŞ dolları dəyərində (-70 %) 1 ədəd (-75 %) elektromobil alıb.
2023-cü ildə Azərbaycana 14 ölkədən idxal edilmiş 3 min 102 ədəd elektromobilin 82,6 %-i Çinin payına düşüb.