Azərbaycan Çindən avtobetonqarışdırıcı alışını kəskin artırıb

Biznes
  • 21 dekabr, 2023
  • 10:23
Azərbaycan Çindən avtobetonqarışdırıcı alışını kəskin artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 8,12 milyon ABŞ dolları dəyərində 151 ədəd avtobetonqarışdırıcı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 78 %, kəmiyyət olaraq – 2,6 dəfə çoxdur.

Azərbaycan Çindən 5,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,2 dəfə çoxdur) 107 ədəd (+5 dəfə), Türkiyədən 1,98 milyon ABŞ dolları dəyərində (-40 %) 24 ədəd (-31 %), Belçikadan 354 min ABŞ dolları dəyərində 9 ədəd (bir il əvvəl tədarük olmayıb), İsveçdən 216 min ABŞ dolları dəyərində 6 ədəd (bir il əvvəl tədarük olmayıb), Serbiyadan 146,4 min ABŞ dolları dəyərində 2 ədəd (bir il əvvəl tədarük olmayıb) avtobetonqarışdırıcı alıb.

2022-ci ildə Azərbaycana (Almaniya, Çin və Türkiyədən) idxal edilmiş 7,3 milyon ABŞ dollarlıq avtobetonqarışdırıcıların 81 %-i Türkiyənin payına düşüb.