Azərbaycan Çində yeni Transxəzər Gömrük Ticarət Portalını təqdim edib

Azərbaycan Çində yeni Transxəzər Gömrük Ticarət Portalını təqdim edib Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) təşəbbüsü ilə Transxəzər Gömrük Ticarət Portalı hazırlanıb.
Biznes
25 May , 2024 15:52
Azərbaycan Çində yeni Transxəzər Gömrük Ticarət Portalını təqdim edib

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) təşəbbüsü ilə Transxəzər Gömrük Ticarət Portalı hazırlanıb.

"Report" DGK-ya istinadən xəbər verir ki, bu layihə Çinin Çendu şəhərində keçirilən “6-cı Çin Beynəlxalq Təchizat Zənciri və Smart Logistika” sərgisində təqdim edilib.

Məlumata görə, sərgi iştirakçılarına layihənin məqsədi, Orta Dəhliz boyu yüklərin kağızsız texnologiyalar əsasında, məlumatların elektron qaydada mübadiləsi yolu ilə asan və sürətli şəkildə daşınmanın faydaları barədə məlumat verilib.

Həmçinin Azərbaycan gömrük xidməti tərəfindən son dövrlərdə hazırlanaraq tətbiqinə başlanan Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS), Səlahiyyətli İqtisadi Operator (SİO) və digər layihələrin Orta Dəhliz boyu rəqəmsal həllərin tətbiqinə, logistika imkanlarının genişləndirilməsinə şərait yaratdığı vurğulanıb.

Tədbir çərçivəsində həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və Çinin “Northstar Sinogold Exhibition Chengdu Co Ltd” şirkətinin birgə təşkilatçılığı ilə Transxəzər marşrutuna həsr olunmuş konfrans keçirilib. Konfransda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun birgə inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi