"Azərbaycan-Çin Aqrar-sənaye parkının yaradılması üçün hazırda ərazinin müəyyən edilməsi ilə bağlı araşdırmalar aparılır”.
Bunu “Report”a açıqlamasında İqtisadiyyat nazirinin müavini
Onun sözlərinə görə, hazırda parkın yerləşəcəyi bir neçə region nəzərdən keçirilir, infrastruktur, regionun potensialının inkişaf etdirilməsi baxımından əlverişli olması ilə bağlı məsələlərə baxılır: “Ərazi seçildikdən sonra artıq işlər daha konkret müstəvidə aparılacaq. Çin tərəfi və biz çalışırıq ki, işləri maksimum ətraflı dəyərləndirək”.
Xatırladaq ki, Azərbaycan-Çin Aqrar-sənaye parkının yaradılmasına 100 mln dollar sərmayənin yatırılması nəzərdə tutulur. Parkın yaradılması ilə bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində olan Azərbaycan İnvestisiya şirkəti ilə Çinin CAMCE şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.