Azərbaycan Çexiyadan tipoqrafiya boyasının tədarükünü bərpa edib

Biznes
  • 05 sentyabr, 2023
  • 11:16
Azərbaycan Çexiyadan tipoqrafiya boyasının tədarükünü bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 2,8 milyon ABŞ dolları dəyərində 461 ton tipoqrafiya boyası (qara və digər rənglər) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 % çoxdur, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 675 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % azdır) 149 ton (-32 %), Çindən 540 min ABŞ dolları dəyərində (+56 %) 118,44 ton (-1,7 %), Rusiyadan 489 min ABŞ dolları dəyərində (+3 dəfə) 90 ton (+2,6 dəfə), Ukraynadan 153 min ABŞ dolları dəyərində (+48,5 %) 33,5 ton (+0,6 %), Almaniyadan 141,32 min ABŞ dolları dəyərində (+92,2 %) 21 ton (+92 %) məhsul alıb.

Azərbaycan 3 il 9 aylıq fasilənin ardından Çexiyadan (15 min ABŞ dolları dəyərində 0,55 ton) tədarükü bərpa edib.

44 filmi