Azərbaycan Çexiyadan nəqliyyat vasitələrinin alışına çəkdiyi xərci 17 % artırıb
- 19 fevral, 2024
- 08:36
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Çexiyadan Azərbaycana 21 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri (dəmir yolu üzrə istisna olmaqla) ixrac edilib.
“Report” Birləşmiş Millətlər Təşkilatının “COMTRADE” beynəlxalq ticarət məlumat bazasına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 17 % çoxdur.
Qeyd olunub ki, bunun 19 milyon ABŞ dolları avtomobil və sərnişinlərin daşınması üçün nəqliyyat vasitələrinin, 617 min ABŞ dolları traktorların, 174 min ABŞ dolları yük avtomobillərin tədarükü üçün xərclənib.
Ümumilikdə Çexiyadan Azərbaycana nəqliyyat vasitələrinin ixracı son 10 il ərzində ən çox 2015-ci ildə (40,5 milyon ABŞ dolları), ən azı isə 2018-ci ildə (3 milyon ABŞ dolları) qeydə alınıb.
Ötən il Çexiyadan Azərbaycana ixracın dəyəri 201,3 milyon ABŞ dolları təşkil edib.