Azərbaycan Cənubi Koreyadan istiot alışını bərpa edib

Biznes
  • 02 sentyabr, 2024
  • 08:07
Azərbaycan Cənubi Koreyadan istiot alışını bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 1,63 milyon ABŞ dolları dəyərində 417,2 ton istiot idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18,6 %, kəmiyyət olaraq – 13 % çoxdur.

Hesabat dövründə Azərbaycan Vyetnamdan 637 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % azdır) 159,5 ton (-20 %), Türkiyədən 420 min ABŞ dolları dəyərində (+79 %) 93 ton (+58 %), Braziliyadan 133 min ABŞ dolları dəyərində (+99 %) 35 ton (+2,1 dəfə), Özbəkistandan 105 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 47 ton (+2,2 dəfə) Qırğızıstandan 98 min ABŞ dolları dəyərində 14 ton (bir il əvvəl tədarük olmayıb) istiot alıb.

Azərbaycan 6 il 3 aylıq fasilənin ardından Koreya Respublikasından (1,51 min ABŞ dolları dəyərində 0,08 ton) istiot tədarükünü bərpa edib.

44 - Tezliklə