Azərbaycan Cənubi Koreyadan ekskavator tədarükünü kəskin artırıb

Biznes
  • 22 iyul, 2024
  • 10:39
Azərbaycan Cənubi Koreyadan ekskavator tədarükünü kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 29,17 milyon ABŞ dolları dəyərində 337 ədəd ekskavator idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 47 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 16,84 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 % çoxdur) 202 ədəd (+57 %), Cənubi Koreyadan 6,47 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 67 ədəd (+3 dəfə), Hindistandan 2,15 milyon ABŞ dolları dəyərində (-2 %) 25 ədəd (-4 %), Türkiyədən 1,99 milyon ABŞ dolları dəyərində (-20 %) 16 ədəd (-20 %), Yaponiyadan 515 min ABŞ dolları dəyərində 10 ədəd (bir il əvvəl tədarük olmayıb) ekskavator alıb.

2023-cü ildə Azərbaycana 18 ölkədən idxal edilmiş 718 ədəd ekskavatorun 65 %-i Çinin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti