Azərbaycan-Cənubi Koreya biznes forumu keçirilib

Azərbaycan-Cənubi Koreya biznes forumu keçirilib Bu gün Seulda Azərbaycanla Cənubi Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası çərçivəsində iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumu keçirilib.
Biznes
7 İyun , 2023 17:13
Azərbaycan-Cənubi Koreya biznes forumu keçirilib

Bu gün Seulda Azərbaycanla Cənubi Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası çərçivəsində iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumu keçirilib.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, qurumun dəstəyi, İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Cənubi Koreyanın Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) birgə təşkilatçılığı ilə keçirilən biznes forumda İT, energetika, inşaat, maşınqayırma, kimya sənayesi, səhiyyə, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən Koreya şirkətləri iştirak edib.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış edərək bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi və qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaranacağına əminliyini vurğulayıb.

Ələt Azad İqtisadi Zonasında, eləcə də Azərbaycanın digər sənaye və texnologiya parklarında tətbiq olunan güzəştlər barədə koreyalı sahibkarlara məlumat verilib, Koreya şirkətləri fəal əməkdaşlığa dəvət edilib.

Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin Xüsusi Nümayəndəliyi, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu və AZPROMO təqdimatlar edib. Təqdimatlar zamanı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri və Azərbaycanda investisiya imkanları barədə iştirakçılara geniş məlumat verilib.

Tədbirdə koreyalı sahibkarların sualları cavablandırılıb, həmçinin B2G formatında görüşlər keçirilib.

Son xəbərlər

Orphus sistemi