Azərbaycan Cənubi Afrikaya şokolad ixrac etməyə başlayıb

Biznes
  • 06 mart, 2024
  • 13:03
Azərbaycan Cənubi Afrikaya şokolad ixrac etməyə başlayıb

2023-cü ildə Azərbaycan 9,7 milyon ABŞ dolları dəyərində 3 min 523 ton şokolad ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 23 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 1,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 44 % çoxdur) 597 ton (+45 %), Gürcüstana 1,6 milyon ABŞ dolları dəyərində (-14 %) 552 ton (-21 %), Rusiyaya 1,3 milyon ABŞ dolları dəyərində (-17 %) 444 ton (-35 %), Birləşmiş Ərəb Əmirliklərinə 1,1 milyon ABŞ dolları dəyərində (-12 %) 389 ton (-17 %), Çinə 868 min ABŞ dolları dəyərində (+26 %) 376 ton (+21 %) şokolad satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Cənubi Afrikaya (48,2 min ABŞ dolları dəyərində 21 ton) tədarük həyata keçirilib.

44 filmi