Azərbaycan Cənubi Afrikadan kivi idxalını bərpa edib
- 22 iyul, 2024
- 12:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana 1,88 milyon ABŞ dolları dəyərində 2 min 655 ton kivi idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 7 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 1,86 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % azdır) 2 min 649 ton (+7 %), Çilidən 7,1 min ABŞ dolları dəyərində 4,7 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 5,8 min ABŞ dolları dəyərində (+4 dəfə) 0,7 ton (-28 %), Cənubi Afrikadan (CAR) 1,4 min ABŞ dolları dəyərində 0,2 ton, Yeni Zelandiyadan 1 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Azərbaycan 11 il 4 aylıq fasilənin ardından Cənubi Afrikadan kivi tədarükünü bərpa edib.
2023-cü ildə Azərbaycana (7 ölkədən) idxal edilən 4 min ton kivinin 99 %-i İranın payına düşüb.