Azərbaycan Cənubi Afrikadan kişmiş alışını kəskin artırıb

Biznes
  • 04 dekabr, 2023
  • 09:57
Azərbaycan Cənubi Afrikadan kişmiş alışını kəskin artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 5 milyon ABŞ dolları dəyərində 2 min 535 ton qurudulmuş üzüm (kişmiş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10,3 %, kəmiyyət olaraq – 14 % çoxdur.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 2,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % azdır) 1 min 316 ton (-24 %), İrandan 1,9 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 1 min 194 ton (+2,6 dəfə), Türkiyədən 45,5 min ABŞ dolları dəyərində (+0,9 %) 21,1 ton (-9 %), Cənubi Afrikadan 9 min ABŞ dolları dəyərində (+5 dəfə) 3 ton (+6 dəfə) və Almaniyadan 0,1 min ABŞ dolları dəyərində (-36 %) 0,01 ton (-50 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (5 ölkədən) idxal edilmiş 4 min 548 ton qurudulmuş üzümün 73,6 %-i Özbəkistanın, 25,4 %-i İranın payına düşüb.

44 filmi