Azərbaycan Cənub-Şərqi Anadoludan xalça idxalına çəkdiyi xərci təxminən 16 % artırıb

Biznes
  • 13 yanvar, 2024
  • 07:11
Azərbaycan Cənub-Şərqi Anadoludan xalça idxalına çəkdiyi xərci təxminən 16 % artırıb

Ötən il Naxçıvan Muxtar Respublikası Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 6,831 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.

Bu, 2022-ci illə müqayisədə 15,7 % çoxdur.

Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 1 milyard 853,895 milyon ABŞ dollarlıq xalça ixrac edilib ki, bu da illik müqayisədə 1,3 % azdır.

12 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük xalça ixracı Amerika qitəsinə (594,182 milyon ABŞ dolları; 5,5 % az) həyata keçirilib. Onu Yaxın Şərq ölkələri (542,328 milyon ABŞ dolları; illik müqayisədə 14,8 % çox) və Avropa İttifaqı ölkələri (240,108 milyon ABŞ dolları; illik müqayisədə 12,8 % az) izləyib.