Azərbaycan Cənub-Şərqi Anadoludan xalça idxalına çəkdiyi xərci 9 %-ə yaxın azaldıb
- 26 mart, 2024
- 09:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 0,785 milyon ABŞ dolları dəyərində xalça idxal edib.
“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,8 % azdır.
Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 343,458 milyon ABŞ dollarlıq xalça ixrac edilib ki, bu da illik müqayisədə 59,3 % çoxdur.
2 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük xalça ixracı Yaxın Şərq ölkələrinə (113,691 milyon ABŞ dolları; illik müqayisədə 2 dəfə çox) həyata keçirilib. Onu Amerika qitəsi (108,762 milyon ABŞ dolları; 53,6 % çox) və Avropa İttifaqı ölkələri (39,861 milyon ABŞ dolları; illik müqayisədə 22,6 % çox) izləyib.