Azərbaycan Cənub-Şərqi Anadoludan xalça idxalına çəkdiyi xərci 8 % azaldıb

Biznes
  • 09 avqust, 2025
  • 14:36
Azərbaycan Cənub-Şərqi Anadoludan xalça idxalına çəkdiyi xərci 8 % azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 2,307 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 8,1 % azdır.

Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 1 milyard 032,155 milyon ABŞ dollarlıq xalça ixrac edilib ki, bu da illik müqayisədə 5,3 % azdır.

7 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən xalça ixracı Yaxın Şərq ölkələri böyük (324,743 milyon ABŞ dolları (illik müqayisədə 1,7 % az) həyata keçirilib. Onu Amerika qitəsinə (317,487 milyon ABŞ dolları (12,6 % az) və Avropa İttifaqı ölkələri (121,088 milyon ABŞ dolları (10,2 % az) izləyib.