Azərbaycan Cənub-Şərqi Anadoludan xalça idxalına çəkdiyi xərci 22 % artırıb
- 09 dekabr, 2023
- 12:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvar-noyabr aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 6,027 milyon ABŞ dolları dəyərində xalça idxal edib.
“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % çoxdur.
Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 1 milyard 677,487 milyon dollarlıq xalça ixrac edilib ki, bu da illik müqayisədə 1,1 % azdır.
11 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük xalça ixracı Amerika qitəsinə (533,163 milyon ABŞ dolları; 6,3 % az) həyata keçirilib. Onu Yaxın Şərq ölkələri (489,750 milyon ABŞ dolları; illik müqayisədə 16,8 % çox) və Avropa İttifaqı ölkələri (220,904 milyon ABŞ dolları; illik müqayisədə 13,3 % az) izləyib.