Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil mallarının idxalına çəkdiyi xərci 9 % artırıb

Biznes
  • 09 dekabr, 2023
  • 10:07
Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil mallarının idxalına çəkdiyi xərci 9 % artırıb

Bu il yanvar-noyabr aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 18,127 milyon ABŞ dolları dəyərində tekstil malları idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 8,6 % çoxdur.

Hesabat dövründə bölgədən xarici ölkələrə ümumilikdə 2 milyard 821,4 milyon ABŞ dollarlıq tekstil malları ixrac edilib ki, bu da illik müqayisədə 13,4 % azdır.

11 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən çox tekstil malları Avropa İttifaqı ölkələrinə (784,721 milyon ABŞ dolları məbləğində) ixrac edilib. Bu, 1 il əvvələ nisbətən 26 % azdır. Avropa ölkələrini Yaxın Şərq (683,103 milyon ABŞ dolları məbləğində) və digər ölkələr (290,783 milyon ABŞ dolları) izləyib. Bu isə, illik müqayisədə müvafiq olaraq 11,8 % və 0,8 % azdır.

44 filmi