Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil mallarının idxalına çəkdiyi xərci 8 %-dən çox artırıb

Biznes
  • 11 avqust, 2025
  • 10:52
Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil mallarının idxalına çəkdiyi xərci 8 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 13,82 milyon ABŞ dolları dəyərində tekstil malları idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 8,3 % çoxdur.

Hesabat dövründə bölgədən xarici ölkələrə ümumilikdə 1 milyard 901,917 milyon ABŞ dollarlıq tekstil malları ixrac edilib ki, bu da illik müqayisədə 9,7 % çoxdur.

7 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən çox tekstil malları Avropa İttifaqı ölkələrinə (546,949 milyon ABŞ dolları dəyərində) ixrac edilib. Bu, 1 il əvvələ nisbətən 8,2 % çoxdur. Avropa ölkələrini Yaxın Şərq (433,081 milyon ABŞ dolları) və Afrika ölkələri (240,449 milyon ABŞ dolları) izləyib. Bunlar isə, illik müqayisədə müvafiq olaraq 5,4 % və 37,1 % çoxdur.

44 filmi