Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil mallarının idxalına çəkdiyi xərci 27 % azaldıb

Biznes
  • 10 fevral, 2024
  • 05:53
Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil mallarının idxalına çəkdiyi xərci 27 % azaldıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 1,327 milyon ABŞ dolları dəyərində tekstil malları idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrünə nisbətən 27,2 % azdır.

Hesabat dövründə bölgədən xarici ölkələrə ümumilikdə 249,232 milyon ABŞ dollarlıq tekstil malları ixrac edilib ki, bu da illik müqayisədə 1,5 % çoxdur.

Yanvarda Cənub-Şərqi Anadolu bölgəsindən ən çox tekstil malları Avropa İttifaqı ölkələrinə (68,581 milyon ABŞ dolları məbləğində) ixrac edilib. Bu, 1 il əvvələ nisbətən 13,7 % azdır. Avropa ölkələrini Yaxın Şərq (60,012 milyon ABŞ dolları məbləğində) və digər ölkələr (28,108 milyon ABŞ dolları) izləyib. Bu isə, illik müqayisədə müvafiq olaraq 10,9 % və 15,2 % çoxdur.