Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil idxalını 24 % artırıb
- 04 avqust, 2023
- 08:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvar-iyul aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 11,206 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 24,3 % çoxdur.
Hesabat dövründə bölgədən xarici ölkələrə ümumilikdə 1 milyard 736,345 milyon ABŞ dollarlıq tekstil məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 16,3 % azdır.
7 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən çox tekstil məhsulları Avropa İttifaqı (Aİ) ölkələrinə (496,926 milyon ABŞ dolları məbləğində) ixrac edilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30 % azdır.
Avropa ölkələrini Yaxın Şərq (425,764 milyon ABŞ dolları məbləğində) və digər ölkələr (182,523 milyon ABŞ dolları) izləyib. Bu isə, illik müqayisədə müvafiq olaraq 7 % və 3,9 % azdır.