Azərbaycan Cənub-Şərqi Anadoludan quru meyvə idxalını təxminən 28 % artırıb
- 04 avqust, 2023
- 12:32
Bu il yanvar-iyul aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 1,408 milyon ABŞ dolları dəyərində quru meyvə idxal edib.
“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27,7 % çoxdur.
Hesabat dövründə bölgədən ümumilikdə 142,361 milyon ABŞ dollarlıq quru meyvə ixrac edilib ki, bu da illik müqayisədə 20,5 % azdır.
7 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən çox quru meyvə ixracı Avropa İttifaqı (Aİ) ölkələrinə (66,395 milyon ABŞ dolları dəyərində) həyata keçirilib. Bu, illik müqayisədə 14,1 % azdır.
Onu Amerika qitəsi (17,802 milyon ABŞ dolları) və Yaxın Şərq ölkələri (12,731 milyon ABŞ dolları) izləyib. Bu isə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,7 % və 34,6 % azdır.