Azərbaycan Cənub-Şərqi Anadoludan quru meyvə idxalını 11 % artırıb
- 08 sentyabr, 2023
- 14:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvar-avqust aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 1,578 milyon ABŞ dolları dəyərində quru meyvə idxal edib.
“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.
Hesabat dövründə bölgədən ümumilikdə 162,665 milyon ABŞ dollarlıq quru meyvə ixrac edilib ki, bu da illik müqayisədə 18,2 % azdır.
8 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən çox quru meyvə ixracı Avropa İttifaqı (Aİ) ölkələrinə (76,1 milyon ABŞ dolları dəyərində) həyata keçirilib. Bu, illik müqayisədə 9,6 % azdır.
Onları Amerika qitəsi (22,824 milyon ABŞ dolları) və Yaxın Şərq ölkələri (14,239 milyon ABŞ dolları) izləyib. Bu isə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,2 % və 34,1 % azdır.