Azərbaycan Cənub-Şərqi Anadoludan quru meyvə idxalına çəkdiyi xərci təxminən 14 % azaldıb
- 13 yanvar, 2024
- 13:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Naxçıvan Muxtar Respublikası Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 2,643 milyon ABŞ dolları dəyərində quru meyvə idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 13,5 % azdır.
Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 297,192 milyon ABŞ dollarlıq quru meyvə ixrac edilib ki, bu da illik müqayisədə 9,5 % azdır.
12 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük quru meyvə ixracı Avropa İttifaqı ölkələrinə (129,834 milyon ABŞ dolları; illik müqayisədə 4,3 % az) həyata keçirilib. Onu Amerika qitəsi (42,210 milyon ABŞ dolları; 21,2 % az) və Yaxın Şərq ölkələri (35,635 milyon ABŞ dolları; illik müqayisədə 1,8 % çox) izləyib.