Azərbaycan Cənub-Şərqi Anadoludan quru meyvə idxalına çəkdiyi xərci 38 %-dən çox artırıb
- 26 mart, 2024
- 06:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 0,851 milyon ABŞ dolları dəyərində quru meyvə idxal edib.
“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 38,4 % çoxdur.
Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 69,304 milyon ABŞ dollarlıq quru meyvə ixrac edilib ki, bu da illik müqayisədə 85,9 % çoxdur.
2 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük quru meyvə ixracı Avropa İttifaqı ölkələrinə (26,516 milyon ABŞ dolları; illik müqayisədə 56,9 % çox) həyata keçirilib. Onu Yaxın Şərq ölkələri (15,871 milyon ABŞ dolları; illik müqayisədə 4,2 dəfə çox) və Amerika qitəsi (9,236 milyon ABŞ dolları; 2,5 dəfə çox) izləyib.