Azərbaycan Cənub-Şərqi Anadoludan idxal etdiyi xalçanın dəyəri 29 % artıb
- 14 oktyabr, 2023
- 11:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvar-sentyabr aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 4,031 milyon ABŞ dolları dəyərində xalça idxal edib.
“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 % çoxdur.
Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 1 milyard 309,457 milyon dollarlıq xalça ixrac edilib ki, bu da illik müqayisədə 2,1 % azdır.
9 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük xalça ixracı Amerika qitəsinə (422,507 milyon ABŞ dolları; 9,1 % az) həyata keçirilib. Onu Yaxın Şərq ölkələri (366,726 milyon ABŞ dolları; illik müqayisədə 22,9 % çox) və Avropa İttifaqı ölkələri (173,438 milyon ABŞ dolları; illik müqayisədə 17 % az) izləyib.