Azərbaycan Cəbəllütariqə metanol satmağa başlayıb

Biznes
  • 21 aprel, 2025
  • 16:16
Azərbaycan Cəbəllütariqə metanol satmağa başlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 19,8 milyon ABŞ dolları dəyərində 61 928 ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 % çoxdur, kəmiyyət olaraq – 25 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 7,85 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 68 % çox) 24 800 ton (+1 %), İsrailə 3,4 milyon ABŞ dolları dəyərində (-22 %) 10 309 ton (-55 %), İtaliyaya 2,6 milyon ABŞ dolları dəyərində (-26 %) 8 241 ton (-56 %), Sloveniyaya 2 milyon ABŞ dolları dəyərində (+71 %) 6 111 ton (-1,4 %), Rumıniyaya 1,35 milyon ABŞ dolları dəyərində (+14 %) 4 153 ton (-33 %) məhsul satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Cəbəllütariqə tədarük (682 min ABŞ dolları dəyərində 2 131 ton) həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti