Azərbaycan CAR-da "Halal Ticarət, Logistika və İstehsalat Sərgisi"nə qatılacaq

Biznes
  • 18 iyul, 2023
  • 09:40
Azərbaycan CAR-da Halal Ticarət, Logistika və İstehsalat Sərgisinə qatılacaq

Azərbaycan bu il noyabrın 9-11-də Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində keçiriləcək "Halal Ticarət, Logistika və İstehsalat Sərgisi"ndə iştirak edəcək.

"Report" xəbər verir ki, bunu İslam Palatasının Halal Xidmətinin (ICHS) baş direktoru Aşraf El-Tanbuli (Ahraf ElTanbouly) bu gün Bakıda işini davan etdirən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasında - "ICHS-in halal bazarına daxil olmaq üçün yeni hazırlanmış təşəbbüsləri" mövzusunda müzakirələrdə tədbirdə deyib.

Onun sözlərinə görə, "Halal Ticarət, Logistika və İstehsalat Sərgisi" halal sənayelərin qlobal inkişafına təkan verəcək: "Sərgidə 65 ölkədən 200-dən çox şirkət iştirak edəcək, halal sertifikatlı, ticarətə hazır şirkətləri, alıcıları, aparıcı brendləri, istehsalçıları və distribüterləri bir araya gətirəcək".

44 filmi