Azərbaycan buğda idxalını 40 %-ə yaxın artırıb
Biznes
- 17 mart, 2025
- 11:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 187 min 569 ton buğda idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 40 milyon 496 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 52 min 699 ton (39 %), dəyər baxımından isə 9 milyon 608 min ABŞ dolları (31,1 %) çoxdur.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1 %-ni təşkil edib.
Son xəbərlər
16:38
Azərbaycan Kubokunda 29 illik məhsuldarlıq rekordu təkrarlanıb
Futbol16:37
Tokayev Xəzəryanı ölkələri dənizin dayazlaşmasına qarşı razılaşdırılmış fəaliyyətə çağırıb
Region16:31
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Xarici siyasət16:26
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
Elm və təhsil16:25
Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb
Futbol16:17
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
Futbol16:12
Fransada tələbə etirazlarının 20-dən çox iştirakçısı həbs olunub
Digər ölkələr16:09
Aİ rusiyalılara qarşı viza yoxlamalarını gücləndirmək və sanksiyaları artırmaq niyyətindədir
Digər ölkələr16:02
Foto
Video