Azərbaycan bu ilin əvvəlindən Tümendən 17 min kubmetr taxta idxal edib

Biznes
  • 03 oktyabr, 2022
  • 12:20
Azərbaycan bu ilin əvvəlindən Tümendən 17 min kubmetr taxta idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Tümen vilayəti üzrə müfəttişləri bu ilin sentyabr ayında bölgədən ixrac edilmiş 913 partiya - 51 min tondan çox taxtaya nəzarət edib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, bu ilin əvvəlindən Tümendən 368 min kubmetr taxta ixrac edilib. Əsas idxalçılar isə Özbəkistan (158 min kubmetr), Çin (106 min kubmetr), Azərbaycan (17 min kubmetr), Qazaxıstan (63 min kubmetr), Misir (4 min kubmetr), İraq (4 min kubmetr) olub.