Azərbaycan bu il Xantı-Mansidən 3 min kubmetr taxta idxal edib

Biznes
  • 08 dekabr, 2022
  • 10:41
Azərbaycan bu il Xantı-Mansidən 3 min kubmetr taxta idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Xantı-Mansi muxtar dairəsi üzrə idarəsi, bu ilin noyabr ayında bölgədən Azərbaycan, Özbəkistan və Qazaxıstana ixrac edilmiş 215 kubmetr taxtaya nəzarət edib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, məhsullar Federal Dövlət Büdcə Təşkilatının (ARRIAH) labarotoriyasında yoxlanılıb, idxalçı ölkələrin karantin və fitosanitar tələblərinə cavab verib.

Ümumilikdə isə bu ilin əvvəlindən regional idarə 5 099 kubmetr ağac və taxta materialını sertifikatlaşdırılıb. Əsas idxalçı ölkələr Azərbaycan (2 904 kubmetr), Özbəkistan (1 780 kubmetr) və Qazaxıstan (415 kubmetr) olub.

44 filmi