Azərbaycan bu il tütün məmulatlarının idxalını 2 dəfədən çox azaldıb

Azərbaycan bu il tütün məmulatlarının idxalını 2 dəfədən çox azaldıb Bu ilin 11 ayında Azərbaycana 141 mln. dollarlıq tütün və tütün məmulatları idxal edilib
Biznes
19 Dekabr , 2016 15:53
Azərbaycan bu il tütün məmulatlarının idxalını 2 dəfədən çox azaldıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 140 839,9 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ilin 11 ayına nisbətən 138 108,76 min dollar yaxud 49,51% (2,02 dəfə) azdır.

Nəticədə, 2016-cı ilin qeyd edilən ayları ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,83%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 8 223,03 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 95,79 min dollar yaxud 1,15% azdır. Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,10%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi