Azərbaycan bu il Türkiyədən tikinti məmulatların idxalına xərclərini 44 % artırıb

Biznes
  • 07 may, 2022
  • 07:06
Azərbaycan bu il Türkiyədən tikinti məmulatların idxalına xərclərini 44 % artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 16,476 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,6 % çoxdur.

Təkcə bu ilin aprel ayında isə Türkiyə Azərbaycana 5,026 milyon ABŞ dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da, illik müqayisədə 45,4 % çoxdur.

Bu ilin ilk 4 ayında Türkiyənin ümumi sement, şüşə, keramika və torpaq məmulatları ixracının dəyəri illik müqayisədə 32 % artaraq 1,865 milyard ABŞ dollara, aprel ayında isə bu məmulatların ixracının dəyəri 41,6 % artaraq 569,249 milyon ABŞ dollarına çatıb.

44 filmi