Azərbaycan bu il Türkiyədən polad tədarükünü 22 % artırıb

Biznes
  • 07 may, 2022
  • 13:29
Azərbaycan bu il Türkiyədən polad tədarükünü 22 % artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 37,963 milyon ABŞ dolları dəyərində polad idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 % çoxdur.

Təkcə bu ilin aprel ayında isə Türkiyə Azərbaycana 9,253 milyon ABŞ dollarlıq polad ixrac edib ki, bu da, illik müqayisədə 31,5 % çoxdur.

Bu ilin ilk 4 ayında Türkiyənin ümumi polad ixracının dəyəri illik müqayisədə 42,3 % artaraq 7,711 milyard ABŞ dollarına, aprel ayında isə polad ixracının dəyəri 23,9 % artaraq 2,041 milyard ABŞ dollarına çatıb.

44 filmi