Azərbaycan bu il Türkiyədən polad idxalını artırıb

Biznes
  • 09 aprel, 2022
  • 12:42
Azərbaycan bu il Türkiyədən polad idxalını artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 28,705 milyon ABŞ dolları dəyərində polad idxal edib.

“Report” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 % çoxdur.

Təkcə bu ilin mart ayında isə Türkiyə Azərbaycana 8,832 milyon ABŞ dollarlıq polad ixrac edib ki, bu da, illik müqayisədə 11,4 % çoxdur.

Bu ilin ilk 3 ayında Türkiyənin ümumi polad ixracının dəyəri illik müqayisədə 51 % artaraq 5,695 milyard ABŞ dollara, mart ayında isə polad ixracının dəyəri 48,9 % artaraq 2,272 milyard ABŞ dollarına çatıb.