Azərbaycan bu il Türkiyədən dəri idxalına çəkdiyi xərci 64 % artırıb

Biznes
  • 10 may, 2022
  • 06:40
Azərbaycan bu il Türkiyədən dəri idxalına çəkdiyi xərci 64 % artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 7,423 milyon ABŞ dolları dəyərində dəri və dəri məmulatları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,9 % çoxdur.

Təkcə bu ilin aprel ayında isə Türkiyə Azərbaycana 1,836 milyon ABŞ dollarlıq dəri və dəri məmulatları ixrac edib ki, bu da, illik müqayisədə 18,3 % çoxdur.

Bu ilin ilk 4 ayında Türkiyənin ümumi dəri və dəri məmulatları ixracının dəyəri illik müqayisədə 28,1 % artaraq 690,144 milyon ABŞ dollara, aprel ayında isə dəri və dəri məhsulları ixracının dəyəri 31,3 % artaraq 187,593 milyon ABŞ dollarına çatıb.

44 filmi