Azərbaycan bu il Türkiyədən dəri idxalına çəkdiyi xərci 59 % artırıb

Biznes
  • 11 iyun, 2022
  • 10:24
Azərbaycan bu il Türkiyədən dəri idxalına çəkdiyi xərci 59 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 9,09 milyon ABŞ dolları dəyərində dəri və dəri məmulatları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,8 % çoxdur.

Təkcə bu ilin may ayında Türkiyə Azərbaycana 1,667 milyon ABŞ dollarlıq dəri və dəri məmulatları ixrac edib ki, bu da, illik müqayisədə 39,5 % çoxdur.

Bu ilin ilk 5 ayında Türkiyənin ümumi dəri və dəri məmulatları ixracının dəyəri illik müqayisədə 26,1 % artaraq 807 milyon ABŞ dollara, may ayında isə 16,1 % artaraq 117 milyon ABŞ dollarına çatıb.

44 filmi