Azərbaycan bu il Türkiyədən 67 milyon dollarlıq mebel və meşə məhsulları idxal edib

Biznes
  • 16 iyul, 2022
  • 08:48
Azərbaycan bu il Türkiyədən 67 milyon dollarlıq mebel və meşə məhsulları idxal edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 66,761 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 % azdır.

Təkcə bu ilin iyun ayında isə Türkiyə Azərbaycana 13,005 milyon ABŞ dollarlıq dəyərində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 0,3 % çoxdur.

Bu ilin ilk 6 ayında Türkiyənin ümumi dəyərində mebel, kağız və meşə məhsulları ixracının dəyəri illik müqayisədə 28,5 % artaraq 4,123 milyard ABŞ dollarına, iyun ayında isə dəyərində mebel, kağız və meşə məhsulları ixracının dəyəri 30,7 % artaraq 0,801 milyard ABŞ dollarına çatıb.